Modern.az

Kişi arvadının gözlərini çıxardı, özü isə intihar etdi

Kişi arvadının gözlərini çıxardı, özü isə intihar etdi

Aktual

11 Noyabr 2022, 00:51

Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisəni törədən şəxs sonra özünü bıçaqlayaraq intihar edib.

 

Məlumata görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən kişi sonradan özünü bıçaqlayaraq intihar edib.

 

İnsident Gəncə şəhər Uzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?