Modern.az

Xurmanın zəngin FAYDALARI

Xurmanın zəngin FAYDALARI

Aktual

11 Noyabr 2022, 08:20

Xurma ürək-damar sisteminə müsbət təsir edən çoxlu miqdarda kaliumla zəngindir. Xurmanın tərkibində orqanizm üçün faydalı olan böyük miqdarda lif və müxtəlif mikroelementlər var.

 

Modern.az “MedikForum”a istinadən xəbər verir ki, xüsusilə, bu bitki mənşəli məhsul çox zəngin kalium mənbəyidir.

 

Xurma çoxlu sayda qələvi valentliyə malikdir. Kalium ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir. Xurmanın istehlakı, həmçinin toxumalarda maye tutma problemi olan, eləcə də mövcud böyrək patologiyaları olan insanlara fayda verir. Bu meyvənin sidikqovucu təsiri var.

 

Xurmanın digər şübhəsiz üstünlüyü isə tərkibində çox miqdarda C vitamini və karotinin olmasıdır (sonuncu orqanizmdə A vitamininə çevrilir). Antioksidant təsirinə malik olan hər iki maddə iltihabla mübarizə aparır, immuniteti dəstəkləyir və bədənə infeksiyalara qarşı müqavimət göstərməyə kömək edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?