Ukraynalı müdafiəçilər Xerson istiqamətində 12 yaşayış məntəqəsini azad ediblər, hücum əməliyyatları davam edir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna qoşunlarının Xerson istiqamətində apardığı uğurlu hücum əməliyyatları zamanı noyabrın 9-da 12 yaşayış məntəqəsi azad edilib: Dudçanı, Pyatixatki, Borozenskoye, Sad, Bezvodnoye, İşşenko, Kostromka, Krasnolyubetsk, Kalinovskoye, Bobrovıyan Kut, Bezımyannoye və Blaqodatnoye.
"Göstərilən istiqamətdə hücum əməliyyatları davam edir. Bu səbəbdən əməliyyatın təhlükəsizliyi baxımından nəticələrin rəsmi dərci daha sonra olacaq", - Baş Qərargahdan bildiriblər.
Bir neçə gündür Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində aktiv irəliləyişi bərpa edib, bununla yanaşı, ruslar öz qoşunlarının regionun sağ sahilindən guya planlaşdırılmış şəkildə çıxarılmasını elan ediblər.
Noyabrın 9-da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının baş komandanı Valeri Zalujnının məlumatına görə, ukraynalı müdafiəçilər 12 yaşayış məntəqəsini azad ediblər.
Qərb analitiklərinin fikrincə, rus qoşunlarının geri çəkilməsi yaxın günlərdə və ya həftələrdə Xerson vilayətini Dnepr çayına qədər azad etməyə imkan verəcək.