Modern.az

Özbəkistan Füzulidə məktəb, Qazaxıstan isə Yaradıcılıq Mərkəzi TİKƏCƏK

Özbəkistan Füzulidə məktəb, Qazaxıstan isə Yaradıcılıq Mərkəzi TİKƏCƏK

Aktual

11 Noyabr 2022, 10:54

Fürsətdən istifadə edərək mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək Yaradıcılıq Mərkəzinə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə minnətdarlığımı bildirirəm.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

 

Dövlət başçısı qeyd edib ki, bunlar Azərbaycan və özbək, Azərbaycan və qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?