Modern.az

Şavkat Mirziyoyev TDT-də yeni vəzifənin təsis olunmasını təklif etdi

Şavkat Mirziyoyev TDT-də yeni vəzifənin təsis olunmasını təklif etdi

Aktual

11 Noyabr 2022, 10:57

"Türk Dövlətləri Təşkilatının baş katibinin gənclər məsələləri üzrə müavini vəzifəsinin təsis edilməsi yaxşı olardı".

 

Modern.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

 

O, gələn il türk dünyası gənclərinin beynəlxalq elm və innovasiya konqresinin Özbəkistanda keçirilməsini təklif edib: "Konqres çərçivəsində innovasiya və təhsil nazirlərinin, ali məktəblərin rektorlarının və gənc liderlərin, istedadlı insanların və TDT-nin ağsaqqallarının hərtərəfli görüşlərinin təşkili nəzərdə tutulur. İşimizə sistemli çalar vermək və səmərəliliyi təmin etmək üçün təşkilatın baş katibinin gənclər məsələləri üzrə müavini vəzifəsinin təsis edilməsi yaxşı olardı".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?