Modern.az

"BakuBus"un sürücüsü SAXLANILDI

"BakuBus"un sürücüsü SAXLANILDI

Aktual

11 Noyabr 2022, 11:34

Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb. 

     

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisəsinin “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub.

 

Həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə