Ermənistanın baş prokuroru Anna Vardapetyanın parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi təklifi irəli sürəcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Xatırladaq ki, hakimiyyət media vasitəsilə “Hayastan” blokunun deputatları Vahe Akopyan və Armen Çarçyanın cinayət işlərinin bərpa oluna biləcəyi barədə məlumat sızması təşkil edib. Prokuror onların deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı vəsatət qaldıracaq. Ancaq mənbələrimiz bildirir ki, siyasi qərar qəbul edilərsə və bu qərar risklərlə dolu olarsa, o zaman baş prokurorun ilk hədəfində Seyran Ohanyan olacaq”, - qəzet qeyd edir.
Seyran Ohanyan 14 aprel 2008-3 oktyabr 2016 tarixləri arasında Ermənistanın müdafiə naziri olub. O, Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımının rəhbərlərindən biri olub.