Modern.az

Qoca Səmədov dördüncü dəfə ürəyindən əməliyyat olundu

Qoca Səmədov dördüncü dəfə ürəyindən əməliyyat olundu

Aktual

11 Noyabr 2022, 11:46

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov dördüncü dəfə ürək və boyun damarlarından əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev deyib.

 

Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında əməliyyat edilən keçmiş icra başçısının hazırda vəziyyəti yaxşı deyil: "Qoca Səmədovun ürəyinə stend qoyulub və ürək damarlarından əməliyyat edilib".

 

Xatırladaq ki, Q.Səmədov daha əvvəl ürəyindən üç dəfə əməliyyat olunmuşdu.

 

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?