Modern.az

Bu ailələrə uşaqpulu verilsin - TƏKLİF

Bu ailələrə uşaqpulu verilsin - TƏKLİF

Aktual

11 Noyabr 2022, 13:00

"Azad edilmiş ərazilərə qayıdaraq məskunlaşan ailələrə uşaqpulu verilməsi yaxşı addım olardı".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

Komitə sədri bildirib ki, son dövrlər Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayı azalır:

 

“Əvəzində 65 yaş üstü insanların sayı artır. Bu da bütün dünyada demoqrafik qocalmanın olduğunu göstərir. Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulu məhz oradakı vətəndaşlara verilsin”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?