Modern.az

Nazir yenə təkzib etdi: “İran Rusiyaya PUA göndərməyib”

Nazir yenə təkzib etdi: “İran Rusiyaya PUA göndərməyib”

Aktual

11 Noyabr 2022, 13:18

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Onlar Ukraynadakı vəziyyət və Tehranla “nüvə sazişi”nin bərpasına dair danışıqlar barədə fikir mübadiləsi aparıb, həmçinin bir sıra digər məsələləri müzakirə ediblər.


Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi "Telegram" kanalında dərc olunan məlumatda deyilir.


İranın xarici işlər naziri Tehranın Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə etmək üçün Rusiyaya pilotsuz təyyarələr göndərmədiyini bir daha təsdiqləyib. Bundan əlavə, Abdullahian bir sıra Qərb ölkələrinin İrandakı etirazlarla bağlı mövqelərini və hərəkətlərini tənqid edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır