Modern.az

Putinin G20 sammitinə getməmə səbəbi açıqlanıb

Putinin G20 sammitinə getməmə səbəbi açıqlanıb

Aktual

11 Noyabr 2022, 13:48

Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməmək qərarı onun iş qrafiki və Rusiyada olma zərurəti ilə bağlıdır.


Modern.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
 

“Bu, dövlət başçısının onun Rusiya Federasiyasında olmasının zəruriliyi ilə bağlı qərarı idi”, - deyə Peskov jurnalistlərin Rusiya liderinin G20 sammitində iştirak etməmə səbəbi barədə sualını cavablandırıb.


Hazırda Rusiya liderinin sammitə onlayn formatda qatılmasının mümkünlüyü nəzərdən keçirilir.

G20 sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək. Daha əvvəl xarici işlər naziri Sergey Lavrovun sammitdə Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?