Modern.az

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Aktual

11 Noyabr 2022, 13:42

Yeni Azərbaycan partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Respublikanın bütün rayonlarında olduğu kimi Noyabrın 11-də Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, aparatın məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdilər. Hacıqabul şəhərinin qərb hissəsində Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında meşə ağacları, göyrüc, tuya və sərv ağacı olmaqla ümumilikdə 300 ağac əkilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?