Modern.az

576 min manatdan çox ödəniş GECİKDİRİLİB

576 min manatdan çox ödəniş GECİKDİRİLİB

Aktual

11 Noyabr 2022, 14:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 576 min manatadan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

 

Ödənilən vəsaitin 94,8 faizi əməkhaqqı, qalan hissəsi isə zərərə görə ödənc, sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?