Modern.az

Mağazadan 31 min manatlıq “İphone” oğurlandı

Mağazadan 31 min manatlıq “İphone” oğurlandı

Aktual

11 Noyabr 2022, 17:04

Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib. 


Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub.

 

Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar.

 

Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?