Modern.az

Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır

Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır

Aktual

11 Noyabr 2022, 16:50

"Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır. Bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir. Hazırda normativ hüquqi aktlar aidiyyəti üzrə müzakirə edilir".

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

Nazir bildirib ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz etmir:

 

"Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?