Modern.az

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi

Aktual

11 Noyabr 2022, 17:24

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı zamanı bir hərbçi həlak olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, noyabrın 11-də PKK terror təşkilatının silahlıları tərəfindən Türkiyə ordusunun mövqeyinə atəş açılıb. Hadisə nəticəsində bir hərbçi yaralanıb. Yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

 

Türkiyə ordusu bölgədə antiterror əməliyyatını davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir