Modern.az

Paşinyandan Qarabağ etirafı: 2007-ci ildən tanıyırıq

Paşinyandan Qarabağ etirafı: 2007-ci ildən tanıyırıq

Aktual

12 Noyabr 2022, 00:15

Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

 

O, xatırladıb ki, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

 

"Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanıb. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən məlumdur. Ermənistan isə 2007-ci ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb", - deyə Paşinyan vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?