Modern.az

“Putinə güzəştə getmək olmaz!” - Olaf Şolts

“Putinə güzəştə getmək olmaz!” - Olaf Şolts

Aktual

12 Noyabr 2022, 10:45

Almaniya kansleri Olaf Şolts hesab edir ki, indiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək mümkün deyil.


Modern.az xəbər verir ki, kansler RND telekanalına müsahibəsində deyib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir.


Olaf Şoltsun fikrincə, Putin iki ölkə arasında danışıqlar məsələsində əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib.
 

“İndi yaşadığımız bu qanlı müharibə ilə Putin əvvəllər danışıqlar baxımından mümkün olan hər şeyin qarşısını aldı”, - Şolts bildirib.


O qeyd edib ki, diktatorlar nəhayət müstəqil ölkələrin ərazilərini zəbt etməyin mümkün olmadığını başa düşməlidirlər:

“Rusiya başa düşməlidir ki, artıq diktatura ideyası işləməyəcək və siz sadəcə olaraq bir ərazini flomasterlə işarələyib deyə bilməzsiniz ki, bura mənimdir. Ona görə də diktatura dünyası olmayacaq, başqa bir anlayış olmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır