Modern.az

"Qarabağ" polisə şikayət verdi

"Qarabağ" polisə şikayət verdi

Aktual

12 Noyabr 2022, 11:55

“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı klubun direktoru Emrah İşık Çelikel ərizə ilə Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də müraciət ünvanlayıb. Şikayət ərizəsində bildirilib ki, “Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır.

 

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib.

 

Müraciətlə bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV