Modern.az

Siyəzəndə narkotik əməliyyatı

Siyəzəndə narkotik əməliyyatı

Aktual

12 Noyabr 2022, 13:18

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.


DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında  şübhəli bilinən rayon sakini Zəfər Qəniyev saxlanılıb.

 

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman   narkotik vasitə olan heroin, marixuana  və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Siyəzən RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?