Modern.az

İçki şüşəsi ilə məscidə daxil oldu: QANDALLANDI 

İçki şüşəsi ilə məscidə daxil oldu: QANDALLANDI 

Aktual

13 Noyabr 2022, 10:14

Türkiyədə Qurani-Kərimi təhqir edən şəxs qandallanıb. 

 

Modern.az xəbər verir ki, hadisə İstanbulda baş verib.

 

Məlumata görə, İstanbulun İkitelli rayonunda əlində içki şüşəsi və siqaretlə məscidə daxil olan, Quran kitabını təhqir edən kişi saxlanılıb.

 

Onun barəsində polisə məscidin imamı müraciət edib.

 

O, təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri də hüquq mühafizə orqanlarına təqdim edib.

 

Qeyd olunur ki, məscidə və müqəddəs kitaba qarşı hörmətsizlik edən şəxsin dindirilməsi həyata keçirilib. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!