Modern.az

Sloveniya yeni prezidentini seçir

Sloveniya yeni prezidentini seçir

Aktual

13 Noyabr 2022, 14:30

Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilir. Ölkə üzrə 3 000-dən çox seçki məntəqəsi açılıb.

 

Modern.az xəbər verir ki, prezident seçkilərinin ikinci turuna iki namizəd çıxıb: ölkənin keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqar və bitərəf namizəd, hüquqşünas Nataşa Pirts-Musar.

 

Sloveniya Mətbuat Agentliyinin Valikon bazar araşdırması şirkəti tərəfindən noyabrın 9-dan 11-dək 1 860 nəfərin iştirak etdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən verdiyi məlumata görə, Pirts-Musar seçicilərin 56 faizinin dəstəyinə ümid edə bilər, Loqar isə seçkilərdə 44 % səs toplaya bilər.

 

Seçki məntəqələri saat 19:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır