Modern.az

Bu gün 19 dərəcə isti olacaq

Bu gün 19 dərəcə isti olacaq

Aktual

18 Noyabr 2022, 07:52

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?