Modern.az

Cəlilabadda 46 yaşlı qadın itkin düşüb - FOTO

Cəlilabadda 46 yaşlı qadın itkin düşüb - FOTO

Aktual

18 Noyabr 2022, 15:08

Cəlilabad rayonunda 46 yaşlı qadın itkin düşüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.

 

Bildiirlib ki, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-i saat 11:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

 

"Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub.

 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - DİN rəsmisi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?