Modern.az

Kömür mədənində partlayış - 9 nəfər öldü

Kömür mədənində partlayış - 9 nəfər öldü

Aktual

1 Dekabr 2022, 08:16

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində mədəndə çökmə olub. Hadisə zamanı 9 işçi həyatını itirib, daha 4 nəfər isə yaralanıb.

 

Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib.

 

İlkin araşdırmalara əsasən, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər