Modern.az

Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN

Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN

Aktual

1 Dekabr 2022, 08:57

Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - açıqlamada deyilir.

 

Bildirilib ki, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Diqqətə çatdırılıb ki, Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyi hədəfləyir.

 

Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?