Modern.az

Bayramovla Çavuşoğlu bu məsələləri müzakirə ediblər

Bayramovla Çavuşoğlu bu məsələləri müzakirə ediblər

Aktual

1 Dekabr 2022, 09:04

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

 

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər