İranın idman və gənclər naziri Həmid Saccadi bildirib ki, İdman və Gənclər Nazirliyi Karluş Keyruşun İranın milli futbol komandasının baş məşqçisi kimi davamlı fəaliyyətini dəstəkləyir.
Modern.az xəbər verir ki, nazir baş məşqçinin istefası barədə məlumatı inkar edib.
"Mən Keyruşun milli komandadan getməsi ilə bağlı hər hansı xəbər eşitməmişəm. Birincisi, biz Futbol Federasiyasını dəstəkləyirik və onlarla bundan sonra necə işləmək barədə fikirlərimizi bilmək istəsələr, onlara dəstək olacağıq", - nazir jurnalistlərə deyib.
"Onun futbolçularla çox yaxşı münasibəti var və milli komanda üzvləri də Keyruşu bəyənirlər. Amma baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsi texniki məsələdir və ilk növbədə Futbol Federasiyası qərar verməlidir", - Saccadi vurğulayıb.
"Yaxın aylarda futbol üzrə Asiya çempionatı keçiriləcək və biz bu kuboka birlikdə hazırlaşmalıyıq", - o əlavə edib.