Modern.az

Borrel Azərbaycan və Ermənistan nazirləri ilə görüşəcək

Borrel Azərbaycan və Ermənistan nazirləri ilə görüşəcək

Aktual

1 Dekabr 2022, 13:59

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

 

Modern.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Borrel özü məlumat verib.

 

Aİ-nin ali nümayəndəsinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü Polşada keçiriləcək ATƏT XİN Şurası iclası çərçivəsində baş tutacaq.

 

“Düşünürəm ki, bu, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsətdir. Biz Azərbaycan və Ermənistanı bu fürsəti görməyə çağırırıq”, - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır