Modern.az

Bu il 39 qadın məişət zorakılığına məruz qalıb

Bu il 39 qadın məişət zorakılığına məruz qalıb

Aktual

1 Dekabr 2022, 14:54

Bu ilin 9 ayında 1100-dən çox məişət zorakılığı cinayəti qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

 

O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb.

"2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib. Bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - qurum rəsmisi deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?