Modern.az

Azərbaycan dağlarında buzlaqların sahəsi azalır

Azərbaycan dağlarında buzlaqların sahəsi azalır

Aktual

1 Dekabr 2022, 16:18

Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların sahəsi ildən-ilə azalır.

 

Modern.az-ın məlumatına görə, bunu "Azərkosmos"un aparıcı mütəxəssisi İsmət Baxışov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın dağlıq rayonlarında qarlı ərazilərdə azalma var.

 

"2017-ci ildə qarla örtülmüş ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə azalma qeydə alınıb. 2020-2021-ci illərdə bu rəqəm artıb, 2022-ci ildən isə yenidən qarlı ərazilərdə azalma müşahidə olunub", - deyə Baxışov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?