Modern.az

TƏBİB-dən hamilə qadının ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB-dən hamilə qadının ölümü ilə bağlı AÇIQLAMA

Aktual

1 Dekabr 2022, 17:22

Xəbər veriyimiz kimi, Bakının Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında 20 yaşlı hamilə qadın vəfat edib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30 noyabr 2022-ci il saat 03:55-də çağırış daxil olub.

 

Rəsmi məlumata görə, briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb:

 

"Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?