Modern.az

BMT Moskvada beynəlxalq konfrans keçirmək istəyir

BMT Moskvada beynəlxalq konfrans keçirmək istəyir

Aktual

1 Dekabr 2022, 18:12

BMT Baş Assambleyası İsrail-Fələstin münaqişəsinin həllinə yardım etmək məqsədilə Moskvada beynəlxalq konfrans keçirilməsini təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. 

 

Bildirilib ki, bu çağırış Fələstin məsələsinin sülh yolu ilə həlli istiqamətində atılan addımların tərkib hissəsi kimi nəzərdə tutulur. Belə ki, İsrail ilə Fələstin arasında ədalətli, davamlı və hərtərəfli sülh razılaşmasına nail olunmasını sürətləndirmək üçün BMT Təhlükəsizlik Şurası 2008-ci ildə qətnamə qəbul edib.

 

Qətnamənin bəndlərinin birində Moskvada problemin həllinə hesablanmış beynəlxalq konfransın keçirilməsi tələb edilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?