Modern.az

Sülh müqaviləsinin iki variantı var - Qriqoryandan açıqlama

Sülh müqaviləsinin iki variantı var - Qriqoryandan açıqlama

Aktual

8 Dekabr 2022, 15:50

“Sülh müqaviləsinin iki variantı var”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib.

 

“Onlardan biri Moskva, digəri isə Azərbaycan variantıdır. Qərb tərəflər arasında vasitəçilik etməyə çalışır. Eyni şeyi Rusiya da edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmağa çalışmalıdır”, - o qeyd edib.

 

Qriqoryanın sözlərinə görə, rəsmi İrəvan Brüsseldən, Vaşinqtondan və ya digər paytaxtdan başqa hər hansı sənəd almayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?