Türkiyənin İstanbul şəhərində Türk Məhkəmə Təlim Şəbəkəsinin yaradılması ilə bağlı memorandum imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
İmzalama mərasimində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan məhkəmə orqanlarından rəsmi nümayəndələr iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə ədliyyə nazirinin müavini Hasan Yılmaz gələcəkdə Türkmənistan və Şimali Kipr məhkəmə orqanlarının da şəbəkəyə qoşulmasının vacibliyini vurğulayıb.