Modern.az

ABŞ-da azərbaycanlı rəssamların sərgisi açıldı - FOTOLAR

ABŞ-da azərbaycanlı rəssamların sərgisi açıldı - FOTOLAR

Aktual

17 Dekabr 2022, 09:00

ABŞ-ın Florida Ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisinin açılış mərasimi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

 

Səfirliyin və “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgi 16-21 dekabr tarixlərində ziyarətçilər üçün açıq olacaq. Sərgi Azərbaycan- ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

 

Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsmilərin iştirakı ilə baş tutub.


Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs edib, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib.

 

O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə qonaqları təbrik edib. Bayramın əhəmiyyəti və 31 dekabrın Dünya Azərbaycanlıları üçün Həmrəylik günü elan olunmasında Ümummilli Lider Heydər Əliyevin rolunu vurğulayıb.

 

Daha sonra çıxış edən “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, rəsm əsərləri və təşkilatın fəaliyəti haqqında məlumat verib. Eyni zamanda sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğunu diqqətə çatdırıb.

 

Sonda rəssamlara sərgidə iştirak etdikləri üçün xatirə sertifikatları təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?