Modern.az

Qəbələdə bir gecədə 3 mağaza yandı

Qəbələdə bir gecədə 3 mağaza yandı

Aktual

17 Dekabr 2022, 09:10

Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Vəndam qəsəbəsində ümumi sahəsi 97 m² olan bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 m² olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

 

Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə