Modern.az

Arvadını öldürən kişi hakim qarşısına çıxarılır

Arvadını öldürən kişi hakim qarşısına çıxarılır

Aktual

17 Dekabr 2022, 11:06

Qusarda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Farik Mollayevin məhkəməsi başlayır.

 

Modern.az xəbər verir ki, onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd edək ki, hadisə bu ilin avqustunda Qusarın Piral kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü F.Mollayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.

 

F.Mollayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır