Modern.az

Sunak Ukrayna müharibəsi ilə bağlı tapşırıq verdi

Sunak Ukrayna müharibəsi ilə bağlı tapşırıq verdi

Aktual

17 Dekabr 2022, 11:44

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna müharibəsinin gedişini və Birləşmiş Krallığın hərbi yardımının oynadığı rolu qiymətləndirməyi tapşırıb.

 

Modern.az xəbər verir ki, BBC teleradio kompaniyası bu barədə Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Bu xəbər Baş nazirin Ukraynaya hərbi yardım məsələsinə həddən artıq ehtiyatlı yanaşması ilə bağlı narahatlıqları artırıb.

 

Mənbələrin məlumatına görə, Rişi Sunakın tələb etdiyi auditin məqsədi münaqişənin gedişini və Böyük Britaniyanın Ukraynaya yardımının əhəmiyyətini qiymətləndirmək, habelə Kiyevin ondan necə istifadə etdiyini yoxlamaqdır.

 

BBC, həmçinin Böyük Britaniyadakı müzakirələrdən xəbərdar olan Ukrayna Prezidenti Volodimir Zelenskinin Rişi Sunakı hərbi yardımı davam etdirməyə çağırdığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?