Modern.az

Sumqayıtda 33 yaşlı oğlan qətlə yetirildi

Sumqayıtda 33 yaşlı oğlan qətlə yetirildi

Aktual

17 Dekabr 2022, 14:30

Sumqayıtda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd edilib, bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?