Rusiya ilə razılığa gələ bilmərik.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.
Ukrayna rəsmisi bildirib ki, qeyri-real planlardan danışaraq diqqəti əsas məsələdən yayındırmaq olmaz. Onun sözlərinə görə, Rusiyanın başladığı müharibə ancaq bu dövlətin məğlubiyyəti ilə başa çatmalıdır.
Podolyak, amerikalı məşhur yazıçı Ernest Hemenqueyden nümunə gətirərək qeyd edib: “İndi biz “Salam, Silah” deyirik. Bizə lazımi qədər artilleriya, zirehli texnika, pilotsuz təyyarə və uzaqmənzilli raketlər lazımdır”.