Modern.az

Hindistan mediası da etiraz aksiyadan YAZDI

Hindistan mediası da etiraz aksiyadan YAZDI

Aktual

17 Dekabr 2022, 14:42

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən QHT nümayəndələri və ekofəallarının Şuşa-Xankəndi yolunda etiraz aksiyası Hindistan mediasında da ictimailəşdirilib.

 

Modern.az xəbər verir ki, yazının müəllifi Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyevdir.



Hindistanın //muslimmirror.com saytında dərc olunan yazıda qeyd olunub ki, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır ki, işğalçı Ermənistan bu cinayəti davam etdirir.



Azərbaycan tərəfinin birgə monitorinq aparılmasına imkan və şəraitin yaradılmaması isə bəşəri cinayətin üstünün ört-basdır edilməsi deməkdir.



Yazıda aksiya ilə bağlı ermənilərin yalanlarının ifşası ortaya qoyulub və iştirakçıların yeni tələblərinin nələrdən ibarət olunduğu qeyd olunub.



Yazının tam mətni aşağıdakı linkdə:



//muslimmirror.com/eng/ngos-continue-protesting-against-illegal-activities-of-armenians-in-khankendi-region

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?