Modern.az

Azərbaycan qazı Rumıniyaya çatdırılacaq - Prezident

Azərbaycan qazı Rumıniyaya çatdırılacaq - Prezident

Aktual

17 Dekabr 2022, 16:10

Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair Buxarestdə müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis "Twitter" hesabında bildirib.

 

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya-Azərbaycan Strateji Tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı əla müzakirəmiz oldu. Enerji təhlükəsizliyi və əlaqələnmə bizim ümumi məqsədlərimizdir. Mən bugünkü iki mühüm hadisəni də alqışlayıram: Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması üçün milli qaz şirkətlərimiz tərəfindən imzalanmış müqavilə və Avropa İttifaqının dəstəyi ilə Rumıniya-Azərbaycan-Macarıstan-Gürcüstan tərəfindən imzalanmış Qara dəniz enerjisi sualtı xətti barədə Saziş", - deyə Prezident bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?