Modern.az

Azərbaycanın yardımı bizim üçün çox vacibdir - Ukrayna səfiri

Azərbaycanın yardımı bizim üçün çox vacibdir - Ukrayna səfiri

Aktual

17 Dekabr 2022, 17:30

“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.

 

Diplomat bildirib ki, Azərbaycanın göndərdiyi yardım indi çox vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur:

 

“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, Yaşasın Azərbaycan!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!