İranda keçirilən etiraz aksiyalarında məşhur aktrisa Təranə Əlidusti saxlanılıb.
Modern.az xəbər verir ki, aktrisa etirazları qızışdırmaqda günahkar bilinərək nəzarətə alınıb.
O, təhrif olunmuş məlumatlar yaymaq, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunur.
Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu ilə dünya şöhrəti qazanıb.