Modern.az

Köçəryanın səhhəti pisləşdi

Köçəryanın səhhəti pisləşdi

Aktual

20 Dekabr 2022, 13:44

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu günə təyin olunan məhkəmə iclasında iştirak etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Bildirilib ki, vəkil Ayk Alumyan hakimə Köçəryanın səhhətində problem olması ilə bağlı tibbi arayış təqdim edib və iclasın qapalı keçirilməsini istəyib.

 

Hakim Anna Danibekyan onun xahişini təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?