Modern.az

Baş Prokurorluqda yeni mətbuat katibi TƏYİNATI

Baş Prokurorluqda yeni mətbuat katibi TƏYİNATI

Aktual

20 Dekabr 2022, 13:56

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

 

Əmrə əsasən, Saleh Hacıyev qurumun Mətbuat xidmətinə rəhbər təyin olunub. O, daha əvvəl Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təyinat almışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!