Modern.az

Bayden: “Messinin yaxşı gələcəyi var”

Bayden: “Messinin yaxşı gələcəyi var”

Aktual

20 Dekabr 2022, 16:30

ABŞ prezidenti Co Bayden Argentina milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Bayden sosial media vasitəsilə Argentina prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanladığı bildirib.

 

"Alberto, səni və hər bir argentinalını çətin mübarizə və layiqli qələbə münasibəti ilə təbrik edirəm", - təbrikdə deyilir.

 

ABŞ prezidenti, həmçinin vurğulayıb ki, Argentina millisində böyük gələcəyi olan potensiallı oyunçu kəşf edib.

 

"Bilirsən, mən düşünürəm ki, bu oğlanın - Messinin yaxşı gələcəyi var", - deyə Bayden əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?