Modern.az

“Vasif Talıbovun istefası lazım idi” - Siyavuş Novruzov

“Vasif Talıbovun istefası lazım idi” - Siyavuş Novruzov

Aktual

21 Dekabr 2022, 14:03

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası lazım idi.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov deyib.

 

“İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr sturukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun”, - deputat vurğulayıb.

 

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, bu gün istefa qərarı verib.

YAP-dan Vasif Talıbovun istefasına REAKSİYA
Bu xəbər ilə bağlı
YAP-dan Vasif Talıbovun istefasına REAKSİYA
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!