Modern.az

Son sutkada 294 nəfər peyvənd olunub

Son sutkada 294 nəfər peyvənd olunub

Aktual

21 Dekabr 2022, 17:30

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 294 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 90, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.

 

İndiyədək Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 13 928 470, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 099, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 127, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 445 nəfər təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?